Təsbeh sözü ərəb dilində “subha” kəliməsindən (“Sübhanallah” sözünün qısaldılmış forması) törəyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, müsəlmanlarda 11,33 və 99 muncuqdan, buddistlərdə 108 muncuqdan, xristianlarda isə ilk vaxtlar 33 muncuqdan ibarət olub.

Əfqanlar ona "tisba", tatarlar isə "dispe" deyirlər. Lakin ortaq cəhət budur ki, bu sözlərin hamısının tərkibində "s-b-h" hərf birləşməsi mövcuddur və ərəbcə mənası Allahı mədh etmək, tərifləmək deməkdir. Müsəlman dünyasında təsbehdən istifadənin yaranma tarixçəsi haqqında tədqiqatçılar, əsasən, iki fikir yürüdürlər. Birincilər belə hesab edirlər ki, bir neçə hədisdə təsbeh haqqında az da olsa məlumat verilmiş və Həzrət Peyğəmbərin (s) bununla bağlı müəyyən təlimatları olub. Lakin bu fikir təsdiqini tam tapmamış və ona əks qüvvətli dəlillər gətirib. Hətta, dörd raşidi xəlifələr dövründə təsbeh haqqında hər hansı məlumata rast gəlinməyib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə