Bu gün sizə Türkiyənin Kapadokiya bölgəsinin cənub-qərb bölgəsində, Toros dağlarının yamaclarında, Mersin rayonunun Mut qəsəbəsində yerləşən Alaxan monastırından danışırıq.

Anadolu dünya dinlərinin tarixini formalaşdıran inkişaf proseslərinə şahidlik edib. Xristianlıq meydana gələndə Qüds və Romada yeni dinə inananlar təqib olunub. Anadolu zülmdən qaçanları tolerantlıqla qucaqlayıb. İlk xristianlar sağ qalmaq, inandıqları dinlə yaşamaq və yaymaq üçün Anadolunu seçib və burada məskunlaşıblar.

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyənin Kapadokiya bölgəsinin cənub-qərb bölgəsində, Toros dağlarının yamaclarında, Mersin rayonunun Mut qəsəbəsində yerləşən Alaxan monastırından danışacağıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb, Sevda Mirzə oxuyub təqdim edir.

Xristianlığın yayılmasında mühüm rol oynayan Müqəddəs Pavel və xristianlığın ikonik adlarından olan Müqəddəs Barnaba Anadoluya keçən ilk dini mücahidlərdir. Onlar Anadoluda xristianlığı yayır, səyahətləri zamanı bir çox yerdə qalırdılar. Daha sonra qaldıqları yerlərdə onların xatirəsinə kilsələr tikilib. Türkiyənin Mersin rayonunun Mut qəsəbəsindəki Alaxan monastırı da bunlardan biridir. Göksu vadisinin sıldırım yamacında tikilmiş Alaxan monastırı kompleksi biri dağılmış iki kilsə, qayalara oyulmuş rahib (keşiş) otaqları, vəftizxana, türbə və məzarlardan ibarətdir.

Alaxan monastırı Kapadokiyanın cənub-qərb bölgəsində yerləşir. Burada bəzisi təbii yolla yaranan, bəzisi də insan əli ilə qayalarda oyulmuş mağaralar da var. Bölgədə tərki-dünya həyatın davam etdiyi başqa monastırlar da var. Amma Alaxan monastırı digər daha görkəmlidir. Xristianların ziyarət marşrutu üzərində yerləşən monastır bu gün də bu yerlərin xristian dini mərkəzi sayılır.

Alaxan monastırı xristian inancının ən qiymətli və qüsursuz gözəl kilsələrindən biridir. 1300 metr yüksəklikdə inşa edilən monastırın biri şərqdə, digəri qərbdə olmaqla iki fərqli kilsəsi var. Kilsələr Ayasofya ilə ortaq memarlıq xüsusiyyətləri daşıyır. Bu səbəbdən Alaxan monastırına həm də Mersinin Ayasofyası deyirlər. Bir çoxları monastırın çox hündür yerdə tikildiyi səbəbi və divarlarda İsa peyğəmbərin meraca çıxma səhnələrini əsas gətirərək bu kilsənin Həzrət İsaya həsr olunduğunu deyirlər.

Alaxan monastırı usta daş işləməsi ilə diqqət çəkir. Divarlarına Bibliyanın ilahi hekayələri, İncildən süjetlər, kükrəyən aslan, qartal, balıq, o cümlədən üzüm salxımları və yarpaqları ilə zəngin şəkillər əks olunub.

Kompleksin ən mühüm və dəbdəbəli abidəsi “Qübbəli kilsə” kimi də tanınan Şərq kilsəsidir. Düzbucaqlı təməl üzərində ucalır. Günbəzdən başqa bütün divarları möhkəmdir və naxışlarla bəzədilib. Təxminən 1500 il əvvəl tikilmiş monastırın monumental qapı çərçivəsi günümüzə qədər sağ-sağlam gəlib-çatıb. Üzərində mükəmməl şəkildə işlənmiş qabartmalar var və bu gün belə görənləri heyran edir.

Alaxan monastırının digər cəlbedici abidələri isə türbələridir. Qayaya oyulmuş qəbirlər monastırın dövründə tanınmış keşişlərinə aiddir.

Fərqli texnikası, usta daş işçiliyi, maraqlı qabartma bəzəkləri ilə erkən xristian sənəti və Bizans memarlıq tarixində mühüm yer tutan Alaxan monastır kompleksi UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınıb.

Alahan monastırı xristianlığın ən çətin dövlərinin şahididir. Yüz illər əvvəl qapılarını xristian zəvvarların üzünə açan bu monastır bu gün də ziyarətçilərin diqqət mərkəzindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə