“Azərbaycan COVİD-19 ilə mübarizədə dünyada nümunəvi addımlar atan ölkələr sırasındadır” - Dr.Rəşad Mahmudov

Artıq 2 ilə yaxındır ki, COVİD-19 pandemiyası dövrünü yaşayırıq. Koronavirus gündəlik həyatımıza daxil olaraq, həyat tərzimizi tamamilə dəyişib. Hazırda koronavirusun yeni – omikron ştammı bütün dünyada geniş yayılıb və son məlumatlara görə, Azərbaycanda da aşkarlanıb. Yeni omikron ştammının təhlükəsi yoluxuculuq gücünün və sürətinin daha çox olmasıdır. Daha əvvəlki ştammlar ilə müqayisədə bu ştamm insanları xəstəxanalara yerləşdirmə, reanimasiyaya düşmə və həyatnı itirmə nöqteyi-nəzərdən nisbətən onlarla daha “xoş” davranması ilə fərqlənir.Hazırda koronavirusla bağlı dünyadakı vəziyyət Dünya Səhiyyə Təşkilatı tərəfindən nəzarətdədir. Dünya ölkələri ilə müqayisə etsək görərik ki, ölkəmizdə vaksinasiya prosesi yüksək səviyyədə təşkil olunub və Azərbaycan COVİD-19 infeksiyası ilə mübarizədə dünyada nümunəvi addımlar atan ölkələr sırasındadır. Buna görə də, bu gündən sonra böyük dalğalar olsa belə, Azərbaycan səhiyyə sistemi həm xəstəxanalarda yerlərin olması, həm dərman preparatarının lazımi qədər olması, həmçinin, peyvəndlərin lazımi qədər alınması cəhətdən buna hazırdır.

✅ Omikron ştammı digər ştammlardan nə ilə fərqlənir və nə dərəcədə təhlükəlidir?

✅ Bu virusdan qorunmaq üçün nələri bilmək və nələri etmək lazımdır?

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Mərkəzi Gömrük Hospitalının ürək-damar cərrahı, Millət vəkili Dr.Rəşad Mahmudov İctimai televiziyanın “Diqqət mərkəzi” verilişində bu məsələlər barədə danışıb. Dr.Rəşad Mahmudovun çıxışını Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz. https://youtu.be/E7yVaER55A4

Bütün xəbərlər Facebook səhifəmizdə