Arı zəhəri ilə müalicə MƏSLƏHƏTLƏR

Hazırda farmaseft sənayesi arı zəhərindən hazırlanmış bir sıra dərmanlar-iynə, emulsya və məlhəmlər buraxır. Lakin bunların heç biri arı sancmasından alınan effekti vermir.

Arı zəhəri ilə müalicə onun iltihabgətirici, ağrıkəsici təsirinə əsaslanır. Zəhər xəstənin ümumilikdə vəziyyətini yaxşılaşdırır: tonus və iş qabiliyyətini qaldırır, yuxunu, iştahanı artırır, arteriyaları, kapilyarları genəldir, xəstə orqana qan axınını sürətləndirir. Zəhər qan-damar siteminə müsbət təsir göstərməklə yanaşı, hemoqlobinin miqdarını artırır, leykositoz çoxalır, POE, qanın qatılığı və laxtalanması azalır.Arı zəhəri ürək əzələsini stimulə edir, yüksəlmiş qan təzyiqini aşağı salır, maddələr mübadiləsinə təsir göstərib qanda xolestirini azaldır.

Müasir təbabət bir sıra xəstəlilkər zamanı arı zəhəri ilə müalicəni(apiterapiya) metodikasını işləyib hazırlamışdır:1)revmatik xəstəliklər(revmatik poliartrit, oynaqların iltihabı, əzələlərinrevmatik xəstəlikləri,revmokardit);2) qeyri-spesifik yoluxucu poliartritlər; 3)formasını, şəklini dəyişmiş spondiloartroz; 4)periferik sinir sistemi xəstəlikləri( bel-oma radikuliti, oturaq sinirin iltihabı, qabırğalar arası nevralgiya, polinevrit); 5)trofik və gec sağalan yaralar; 6) cərrahi damar xəstəlikləri(tromboflebit(irinsiz), endarterioz, ətraf damarların aterosklerotik zədələnmələri; 7) bronxial astma; 8) migren; 9)hipertoniya(ı-ıı mərhələləri); 10) iritlər (gözün qüzehli qişasının iltihabı), iridosiklitlər və s.

Yadda saxlamaq vacibdir ki, arı zəhəri bu xəstəliklərdə qətiyyən yaramaz; 1) arı zəhərinə qarşı idiosinkraziya (orqanizmin bəzi şeylərə, qoxulara qarşı xəstəlik dərəcəsində olan həssaslıq);2) yoluxucu xəstəliklər; 3) vərəm; 4) ruhi xəstəliklər;5) qaraciyər, mədəaltıvəzi xəstəlikləri;6) böyrək xəstəlikləri; 7)Addison xəstəliyi;8) sepsis, digər irinli xəstəliklər; 9) ürək-damar çatışmazlığı;10) mırkəzi sinir sisteminin üzvi xəstəlikləri; 11) orqanizmin ümumi zəifliyi; 12) qan və qanyaradıcı sistemlərin qanaxmalara meyilli xəstəlikləri.

Zəhərlə müalicə zamanı spirtli içkilər, siqaret qəti qadağandır. Bədənə zəhər yeridildikdən sonra çox yemək, müxtəlif su prosedurları(çimmək, üzmək, duş qəbul etmək), piyada uzun gəzmək yaramaz.Yaxşı olar ki, apiterapiya zamanı bitki və süd məhsulları ilə, vitaminlərlə zəngin dietik qidalardan istifadə edəsiniz. Zəhər yeridildikdən sonra 20-30 dəqiqə uzanmaq lazımdır.

Müalicənin daha uğurlu olması üçün gündə 25-100 qr. Bal yemək məsləhətdir. Müalicə kursuna başlamazdan qabaq həkimlə məsləhətləşib apiterapiyanın sizin orqanizminizə düşüb-düşməzliyini müəyyənləşdirməlisiniz. Vaxtaşırı qan və sidiyin analizini verməklə həkim müayinəsindən keçməlisiniz. Müalicəyə başlamazdan əvvəl orqanizmin həssaslıq dərəcəsini müəyyənləşdirmək məqsədi ilə ən azı iki bioloji sınaq götürülmədilir. Bunun üçün əvvəlcə bel nahiyəsinə bir dəfə arı zəhəri yeridilir və 5-10 saniyədən sonra neştər çıxarılır. Səhəri gün isə sidikdə zülalın və şəkərin miqdarı yoxlanılır. Əgər sidiyin tərkibində dəyişiklik əmələ gəlməyibsə, zəhərlə müalicəyə başlamaq olar.

Son zamanlar zəhərlə müalicənin tərəfdarları xeyli artıb. ABŞ-da apiterapiya təbabətin xüsusi bölməsi kimi qeydə alınıb. Bu sahədə ilk mütəxəssislər yetişdirilib, zəhərə tələbat artdığından onun alınma yolları təkmilləşdirilib.

Sancmaq üçün arını maqqaşla, yaxud əllə tutub bədənin əvvəldən müəyyənləşdirilmiş nahiyəsinin üstünə qoyurlar. Həmin sahə əvvəldən ilıq su və sabunla yuyulsa daha yaxşı olar. Arı sancdıqdan 5-10 dəqiqə sonra isə onun neştərini çıxarırlar. Zəhərin orqanizmə sorulması üçün bu qədər vaxt kifayətdir. Arı sancan yerə bor vazelini sürtmək məsləhətdir.

Müalicənin təxmini sxemi belədir: birinci gün bir arıdan başlayırlar. Sonrakı günlərdə sayı bir-bir artırılır. On günlük müalicədən sonra 3-4 gün fasilə verilir, sonra kurs yenidən başlanır. Ancaq bu dəfə arıların sayı üç-üç artırılır. Nəticədə xəstə iki müalicə kursunda 180-200 arının zəhərini qəbul edir. Əgər bu kurslardan sonra da xəstə özündə bir yüngüllük hiss etmirsə, onda müalicəni dayandırmaq lazımdır.

Müalicə zamanı arını ən çox çiyin və bud nahiyələrinə qoyurlar, hər gün yerini dəyişirlər. Belə etdikdə bir müalicə kursunda eyni yerə 4-5 gündə bir arı düşür. Bədəndə arı sancmaq üçün yerin seçilməsi xəstəlikdən asılıdır. Endarterioz və ətraf damarların aterosklerozunda arını qalxanvarı vəzinin üstündəki nahiyə, bel nahiyəsinə oturaq siniri boyunca qoyurlar. Müalicə kursunda 200-250 arıdan istifadə edlir. Formasını dəyişmiş spondiloartritdə arı qalxanvarı vəzin üst nahiyəsinə, bel nahiyəsinə fəqərə sütunu boyunca, əl və ayaqda xəstə oynaqların üzərinə qoyulur. Bir prosedurda 25 arıdan istifadə edilir.

Şəklini dəyişmiş poliartritdə (oynaqların iltihabı) arını qalxanvarı vəzin nahiyəsinə, bel və zədələnmiş əl-ayaq oynaqlarının üzərinə qoyurlar. Prosedura zamanı 20 arı kifayət edir.

Qalxanvarı vəzinin xəstəliyində (tireotksikoz) sancma əməliyyatınıqalxanvarı vəzinin üstündə sağ və sol nahiyələrdə 4 arı, bel nahiyəsinə isə 2 arı qoymaqla aparılırlar. Prosedurada 90-100 arının sancması kifayətdir.

Trofik xora və gec sağalan yaraların müalicəsində arını xora və yaranın beş santimetrliyində, həm də həmin nahiyənin əsas həssas siniri boyunca qoyurlar. Hər prosedurada 12-yə qədər arıdan istifadə edilir. Müalicə kursunda isə 180-200 arı lazım olur.

Hipertaniya xəstəliyində arını qulaq seyvanının arxasına və bel nahiyəsinə qoyurlar. Hər proseduraya 6 arı kifayətdir.

İrit və iridosiklitdə (gözün qüzehli qişasının iltihabı) hər prosedurada 2-4 arı gicgah nahiyəsini sancmalıdır.

Arı zəhəri gecə sidiyini saxlaya bilməyən uşaqların da köməyinə gəlir. Bu məqsədlə arını qarın nahiyəsində göbəkdən 2,5sm aşağı və qarının orta xəttindən 2,5 sm aralı nöqtələrə qoymaq lazımdır.

Ülkər Hüseynova

P.S. Şəkidə 30-40 il arıçılıqla məşğul olan fizika-riyaziyyat müəllimi Lütvəli Vahabov bir dəfə arılar haqqında maraqlı bir əhvalat danışdı. Onun dediyinə görə arıçı dostlarından biri ayağındakı yaranı həkimə göstərərkən həkim yaranın qeyri-adiliyini görür və ətraflı müayinədən sonra müəyyənləşdirir ki, yara ilan dişləməsidir.Lakin uzun illər arıçılıqla məşğul olan dostunun bədəni arı zəhərinə o qədər öyrəşib ki, ilanın sancaması onun həyatı təhlükəli olmayıb. Arı zəhərinin belə kəramətləri də varmış.

Bütün xəbərlər Facebook səhifəmizdə