Qazaxıstanda futbol matçı zamanı stadionun damı uçub

Qazaxıstanda güclü külək futbol matçı zamanı stadionun damını uçurub. SİA bu barədə “RİA Novosti”yə istinad edir.

Verilən məlumata görə, hadisə Çimkent şəhərindəki Hacımukan stadionunda baş verib.

Fövqəladə Hallar Departamentinin mətbuat xidməti xəbər verir ki, ölən və xəsarət alan olmayıb.

Hadisə nəticəsində yerli komandaların futbol matçı dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə