Tanzaniyada tısbağa əti yeyən uşaqlar həyatını itirib

Tanzaniyanın Zanzibar bölgəsində kədərli hadisə baş verib. Pemba Şimal Bölgəsinin Polis rəisi Cuma Sadi cümə günü hadisədə dəniz tısbağası əti yeyən 22 nəfərin də xəstəxanaya yerləşdirildiyini bildirib. "Xəstəxanaya yerləşdirilənlərdən ikisi uşaqdır və onların vəziyyəti ağırdır" deyən Sədi dəniz tısbağası ətinin zəhərli ola biləcəyindən şübhələndiklərini bildirib. O, 3 uşağın tısbağa əti yedikdən sonra öldüyünü də bildirib. Polis rəisi bildirib ki, dəniz tısbağası ətindən nümunələr müayinə olunmaq üçün aidiyyəti qurumlara göndərilib. Oxşar ölümlər Pemba adasında daha əvvəl dəniz tısbağası ətinin istehlakı səbəbindən baş verib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə