Novxanıda 4 nəfərin ölümündə təqsirləndirilən sürücü həbs edildi

Bakıda 4 nəfərin ölümündə təqsirləndirilən sürücü həbs edilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyev və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərildikdən sonra Binəqədi RPİ-yə gətiriliblər.

Hadisəni törətməkdə şübhəli bilinən Elşad Kəlbəliyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...