Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində, beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 6 m² olan hamam otağında istifadəyə yararsız ev əşyaları 2 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 3 nəfər xilas edilib, 10 nəfər bina sakini isə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə