Qadına qarşı soyğunçuluq edildi

Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri F.Balayev və A.Quliyev müəyyən edilərək saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini T.Orucova fevralın 18-də Landau küçəsində müəyyən edilməmiş motosiklet sürücüsünün onun içərisində 220 manat, bank kartları və mobil telefon olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri F.Balayev və əvvəllər məhkum olunmuş A.Quliyev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...