Bakı metrosunda qadın özünü qatar yoluna atdı

Bakı metrosunda hadisə baş verib. SİA-nın məlumatına görə, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə metronun "Memar Əcəmi" stansiyasında baş verib: "Stansiyada qadın qəfil qatar relsinə düşüb. Dərhal qatarların hərəkəti dayandırılıb. Qadın qatar yolundan çıxarılaraq polisə təhvil verilib. Nəticədə qatarların hərəkətində gecikmə olub. Hazırda interval bərpa olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə