Ağstafada 30 yaşlı qadın intihar edib

Ağstafa rayonunda 30 yaşlı qadın intihar edib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Günay Budaqova yaşadığı evdə özünü asaraq canına qəsd edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İntiharın səbəbləri hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə