Bakıda əcnəbi vətəndaş saxlanılıb

Bakıda qaldığı oteldə oğurluq edən xarici vətəndaş saxlanılıb.

SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 5-də rayon ərazisində yerləşən otellərin birində xadimə işləyən 2 qadının çantalarından ümumilikdə 580 manat və 40 lari pul oğurlamaqda şübhəli bilinən, həmin oteldə turist kimi qalan bir əcnəbi vətəndaş tutulub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə