İstanbulda bina çökdü dağıntılar altında qalanlar var (FOTOLAR)

İstanbulda daxilində təmir aparılan binalardan biri çöküb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Nişantaşında qeydə alınıb.Çökmə nəticəsində binada təmir edən fəhlələrin dağıntı altında qaldığı iddia edilir.

Hadisə yerini çoxlu sayda təcili tibbi yardım, polis, eləcə də xilasetmə qüvvələri cəlb edilib. Hazırda fəhlələrin dağıntıların altından çıxarılması üzərində işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə