Sürücüyə hədə-qorxu gəlib avtomobili ələ keçirmək istədi

Sərnişin adı ilə avtomobili ələ keçirmək istəyən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da saat 03:45 radələrində, Binəqədi qəsəbəsindən Bakı şəhər sakini Natiq İsayevin taksi kimi idarə etdiyi "Vaz-2107" markalı avtomobilə sərnişin kimi əyləşib Ələt qəsəbəsində sürücüyə bıçaqla hədə-qorxu gələrək quldurluq yolu onun avtomobilini ələ keçirməkdə şübhəli bilinən Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Rövşən Allahverdiyev tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə