Şamaxıda qeyri-adi hadisə baş verib

Valideyn məsuliyyətsizliyi azyaşlı uşağın boynuna dəmir halqa keçməsi ilə nəticələnib. SİA-nın verdiyi məlumata görə, hadisə Şamaxıda M.Ə.Rəsulzadə küçəsi ev 22 də baş verib. İki yaşlı Babayev Elşən həyətdə oynayarkən əlindəki dəmir halqanı başına keçirib. Bunu görən uşağın valdeynləri dəmir haqlanı uşağın boynundan çıxarmaq istəyi baş tutmayıb. Uşağın boğulduğunu görən valdeyinlər dərhal Şamxı rayon FHN Qəza Xilastemə əməlliyat qurpuna məlumat verilib.

Hadisə yerinə gələn qurup dəmir halqanın uşağın həyatı üçün təhlükə olduğunu müəyyən edib. Həmin an dəmir kəçici alətlə uşağın boynundan halqa kəsmək məqsədi ilə əməliyyata başlayıblar.

Yuxuda olan uşaq ayıldıqdan sonra ağlmağa başlayıb və kəsinti işinin aprılmasına mane olub. 15 dəqiqə davam edən xilasetmə əməliyyatı uğurla başa çatdırılıb.

Uşaq hər hansı bir xəsarət almadan təhlükə aradan qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə