Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA DİN-in Mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, bu gün saat 12 radələrində Habil Əzizov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Qoşaqovaq kəndi ərazisində qəza törədib. Nəticədə nəqliyyat vasitəsi su kanalına aşıb, sürücü hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)

USD
EUR
GBP
RUB