Avtomobil kanala aşdı - sürücü öldü

15 Oktyabr 2024 16:25 (UTC+04:00)

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA DİN-in Mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, bu gün saat 12 radələrində Habil Əzizov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Qoşaqovaq kəndi ərazisində qəza törədib. Nəticədə nəqliyyat vasitəsi su kanalına aşıb, sürücü hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.