Sumqayıtda toya gələn qonaq ölüb

Sumqayıtda 58 yaşlı qadın toyda ölüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

Toy mərasimində iştirak edən 1966-cı il təvəllüdlü Nargilə Gülməmməd qızı Şabanovanın halı pisləşib və o elə restoranda dünyasını dəyişib.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə