İtkin düşən Şirvan sakini Bakıda tapılıb - DİN

İtkin düşən 24 yaşlı gənc polis əməkdaşları tərəfindən tapılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, dünən səhər saatlarında itkin düşən Şirvan şəhər sakini, 2010-cu il təvəllüdlü N.Ziyadi bu gün saat 04 radələrində polis əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə