"Dostluq" kinoteatrının ətrafı təhlükəsizlik məqsədilə hasarlanıb - Dövlət Xidməti

Sosial mediada "Dostluq" kinoteatrının ətrafının hasara alınması ilə bağlı yeni görüntülər yayılıb. SİA xəbər verir ki, məsələ ilə əlaqədar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, kinoteatrının fasad hissəsinin vəziyyəti ilə bağlı tikilinin ətrafı təhlükəsizliyin təmin olunması məqsədilə hasarlanıb.

Dövlət Xidmətindən o da bildirilib ki, “Dostluq” kinoteatrının tarixi abidələr siyahısına salınması ilə bağlı məsələyə baxılır.

Bütün xəbərlər Facebook səhifəmizdə