İmişlinin Yuxarı Qaralar kəndində məktəb binasında baş verən yanğın söndürülüb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, çağırış üzrə əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin 7 texnikası cəlb olunub.
Alovun yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.
17:31
İmişli rayon Yuxarı Qaralar kəndində məktəb binasında yanğın başlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, məktəb binasının dam örtüyündə baş verən yanğının söndürülməsi üçün FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə əraziyə cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə