Müəllim bağbandır, elə bağban ki,
Hər gül qönçəsində bir ömür yaşar.
Müəllim loğmandır, elə loğman ki,
Səsində, sözündə min bir məlhəm var.

Uzun illər ömrünü Subqayıtda təhsilimizin inkişafına, məktəblilərin təlim və tərbiyyəsinə həsr etmiş, riyaziyyat elminin dərin sirlərini şagirdlərinə aşılamış Sevil Kamilovanın həyat yoluna işıq tutmağı özümüzə borc bildik. О, sözün həqiqi mənasında idarəçiliyin, ciddi nizam-intizamı ilə daim seçilib. İllər keçsə də əsl ziyalı kimi müəllimlərin və şagird yetirmələrinin qəlbində dərin izlər buraxıb, hörmət və etiram qazanıb. Onda Azərbaycan qadınına xas olan müsbət keyfiyyətlər cəmlənib. Qürurludur, sadədidr, təvazökardır, ailəcanlıdır, həyat və əmək təcrübəsi hər kəsə örnəkdir.

1946-cı ilin avqust ayının 12-də Bakının Kürdəxanı kəndində ziyalı ailəsində dünyaya göz açıb. 113 nömrəli orta məktəbdə oxuyub. Мüəllimliyə hədsiz həvəsi olub:
- Mən müəllimliyi uzun illər BDU-nun tətbiqi-riyaziyyat üzrə professoru olmuş dayım Baləli Vəliyevin simasında sevmişəm. Uşaq vaxtı - məktəbdə oxuduğum illərdə dayımla yol gedərkən bizimlə rastlaşan insanlar onu qucaqlayıb öpür, böyük hörmətlə, ehtiramla dil-ağız edirdilər. Onların kim olduğunu soruşanda dayım fəxrlə, qürurla, böyük məhəbbət, sevinclə "yetirməm olub” deyirdi. Mən o zamanlar fikirləşirdim ki, ilahi, bu müəllim necə böyük, xoşbəxt insandır, hamı onu sevir, ona hörmət edir. Və mən o zamandan müəllim olmağı qərara almışdım. Orta məktəbi əla qiymətlərlə, 1972-ъи лдя Azərbaycan Pedaqoji İnstitutunu riyaziyyat fakultəsini müvəffqyitətlə bitirib sevimli müəllimlik peşəsinə qovuşdum. Nə yaxşı ki, bu müqəddəs peşəni seçmişəm. Müəllim işlədiyim müddət ərzində - hər dəfə sinfə girib şagirdlərimin mənə zillənən məsum baxışlarını gördükdə bu peşənin şərəfini, məsuliyyətini daha çox dərk etmişəm.
Sumqayt şhər 1 nömrəli məktəbdə işə başlamışam. Riyaziyyat fənnini tədris etmiş, direktor müavini vəzifəsinə irəli çəkimişəm. Sonrakı illərdə 16 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi pedaqoji fəaliyyətimi davam etdirmiş, bir müddət şəhər təhsil şöbəsində inspektor işləmişəm. Ayrı-ayrı illərdə 9 və 11 nömrəli orta məktəblərə rəhbərlik etmişəm. Peşəmdən həmişə zövq almışam. Çoxlu yetirmələrim var. Yaxın rəfiqəm Prezidentin Fəxri Təqaüdçüsü, Əməkdar müəllim Ofeliya Babayeva mənə daim hərtərəfli dayaq olub.
Sevil müəllimənin bir oğlu, iki qızı, 9 nəvəsi və 9 nəticəsi var. Övladlarının hamısı ali təhsilli olmaqla yanaşı, həm də cəmiyyətimizdə kifayət qədər nüfuz qazanıblar.
Sevil müəllimə həmçinin vaxtilə dərs dediyi, “dəlisov” saydığışagirdlərindən torpaqlarımızın azad olunması uğrunda vuruşduğnu, qalibiyyət qazandığını fəxrlə dilə gətirdi. Sumqayıtda bütün sahələrə olduğu kimi, təhsilə də yüksək səviyyədə diqqət və qayğı göstərilir. Təhsilin inkişafı istiqamətində görülən işlər göz qabağındadır. Yeni məktəblərin tikintisi, rəhbrlik etmiş oduğum 9 nömrəli məktəbin yenisi il əvəzlnməsi, eyni zamanda bütün məktəblərin dam örtüklərinin təmir olunması, müasir istilik sistemi ilə təchiz edilməsi, şagird kontingenti sıx olan məktəblərdə yeni korpusların tikintisi – bütün bunlar, ilk növbədə təhsilin səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Müəllim kimdir? Müəllim necə olmalıdır sualımıza Sevil müəllimə belə cavab verdi:
-Müəllim şagirdlərinin yaxın dostu, sirdaşı, qayğıkeşi, düşünəni, onların bu günü və gələcəyi üçün narahat olanı, addımlarını düzgün atmaları naminə yol göstərəni, bələdçisidir. Müəllim təkcəözünün deyil, həm də hər bir şagirdinin taleyini yaşayır-sevinci, kədəri, problemləri ilə birgə. Müəllim yalnız sinifdə olduğu 45 dəqiqəni yox, bütün ömrünü şagirdləri ilə paylaşır. Müəllim gözünün nurunu, qəlbinin odunu, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə verir.
Məktəbə əbəs yerə təlim-tərbiyə ocağı demirlər. Böyük maarifçi Həsən bəy Zərdabi demişdir: "Hər bir xalqın xoşbəxtliyi və ya bədbəxtliyi, uşaqların tərbiyəsinin necə qoyulmasından asılıdır”. Uşaqların tərbiyəsində isəəsas yük müəllimlərin çiyninə düşür. Bütün peşələr gözəldir, gərəklidir. Lakin müəllimin yetişdirdiyi məhsul insan olduğundan və cəmiyyətin gələcəyi bundan asılı olduğundan müəllimlik peşələrin ən şərəflisi, ən müqəddəsidir.
Müəllimə nahaq yerə ziyalı demirlər. Müəllim öz ziyası, nuru ilə təkcəşagirdlərinin yoluna deyil, bütün cəmiyyətə işıq saçmalıdır. Müəllim qəlbən, mənən pak olmalı, bütün şagirdlərinə bir gözlə baxmalı, sevgisi hər bir şagirdinə yetəcək qədər böyük ürəyə malik olmalıdır. Bu gün müəllimin vəzifəsi, işi təkcə hansısa fənni tədris etməklə, bilik verməklə bitmir. Bu günün müəllimi geniş dünyagörüşünə, milli-mənəvi dəyərlərə, yüksək mədəniyyətə, intellektə, mənəviyyata malik, xalqa, vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirir. Hər şeydən əvvəl hər bir müəllim özü bu keyfiyyətlərə malik olmalı, davranışı, geyimi, rəftarı, yüksək mədəniyyəti, ən əsası, dərin biliyi, savadı ilə şagirdlərinə nümunə olmalıdır. Y.A.Komenski biliksiz müəllimi susuz bulağa, işıqsız lampaya bənzədirdi.
Müəllim yaradıcı olmalı, keçdiyi hər bir dərsə yeni yazacağı bir əsər kimi baxmalıdır. Müəllim yenilikçi, novator olmalı, haçansa öyrəndiyi bilikləri ilə kifayətlənməməli, daim öz üzərində işləməli, cəmiyyət inkişaf etdikcə özü də inkişaf etməlidir. Əks halda müasir dövrlə ayaqlaşan, savadlı şagirdlər yetişdirmək mümkün deyildir.
Müəllimlik müqəddəs bir peşədir. Lakin müəllim unutmamalıdır kı, yetişdirdiyi hər bir şagird qiymətli bir xəzinədir, gələcəkdə xalqımıza xeyir verəcək layiqli bir vətəndaşdır. Müəllimlik çətin peşədir. Amma bir şagirdin qazandığı uğur çəkilən bütün əziyyətləri bir anda silir, yerini xoş bir məmnunluq, sevinc hissi tutur.
Dahi Nəsrəddin Tusi demişdir: "İnsanı kamilliyə çatdırmaq məqsədi güdən sənət dünya sənətlərinin ən şərəflisi olmalıdır”. Bu sənət elə müəllimlik sənəti, müəllimlik peşəsidir. Mən də yeni tədris ilində uğurlar arzulayıram. Müəllimlərin üzündən, çəkdikləri zəhmətin bəhrəsindən doğan təbəssüm, xoşbəxtlik əskik olmasın.
1966-cı ildən həyatını Sumqayıta bağlayan Sevil Kamilova şəhərimizin bu gün daha çox inkişaf etdiyini, gözəl, təmiz, hər tərəfin gül-çiçək olduğunu, buradan hədsiz zövq aldığını da dilə gətirdi.
Biz isəöz növbəmizdə təhsilmizin sevilən Sevilinə möhkəm cansağlığı, bol-bol sevinc arzulayırıq!

İhamə MƏHƏMMƏDQIZI,
AYB və AJB-nin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə