Təhsil haqlarının ödənilməsi ilə bağlı Nazirdən - AÇIQLAMA

Ali Məktəblərdə təhsil haqlarının ödənilməsi ilə bağlı danışan nazir bildirib ki, bu gün ali təhsil alan tələbələrdən 100 nəfərdən 56 nəfər dövlət hesabına təhsil alır. 2015-2016-cı illərlə müqayisədə dövlət sifarişli tələbələrdə 92 faiz artım olub.

E.Əmrullayev vurğulayıb ki, biz başa düşürük hazırk vəziyyətdə bəzi tələbələrin təhsil haqlarını ödəmə problemi ola bilər: "Bəzi hallarda təhsil haqlarının dövlət tərəfindən ödənilməsi ilə bağlı fikirlər səslənir. Lakin məsələyə düzgün yanaşmaq lazımdır. Dövlət iki halda təhsil haqlarını ödəyir, birincisi bu, ya biliklərinə görə fərqlənən tələbələrdir, ya da qaçqın və məcburi köçkünlərdir. Əgər dövlət bütün tələbələrin ödənişlərini qarşılasa, onda rəqabət aradan qalxacaq".

"Bizim təhsil kreditlərinin təqdim edilməsi ilə əlaqədar planlarımız var. Dövlət büdcədən bu sahədə olan problemlərin aradan qaldırılması üçün 80 milyon manat ayırıb. Təhsil kreditlərinin əlçatan olması bu cür situasiyalarda həll yolu ola bilər"- deyə nazir qeyd edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə