Dünyada baş verən kağız qıtlığı ölkəmizə necə təsir edir?
Dünyada baş verən kağız qıtlığı ölkəmizə necə təsir edir?
Dünyada baş verən kağız qıtlığı problemin təsirinə düşməmək üçün bir çox dövlətlər xarici ölkələrdən məhsul tədarük edirdilər. Kağız tədarükçülərin məhsullarını ağartmaq üçün lazım olan idxal kimyəvi maddələrin çatışmazlığı ilə bağlı prosesin həyata keçirilməsini ləngitdiyini də qeyd edirlər. SSRİ bir vaxtlar Rusiyada bütün daxili tələbatı təmin edən maddələr istehsal edirdi, amma indi bir dənə də olsun müəssisəsi qalmamışdır. Finlandiya kağız mövzusu üzərində bir çox layihələr həyata keçrilmişdir, nəticədə o, Rusiya da daxil olmaqla bütün Avrasiya üçün natrium xloridin ümumi tədarükçüsü olmuşdur. Kağız qiymətlərindəki artım tələblə bağlıdır. Bir çox müəssisələr kağız olmadan işləyə bilmir. Lakin belə qiymət artımı onları düşünməyə vadar edir ki, elektron sənəd dövriyyəsinə keçməyin vaxtı çatıb. Hazırda qonşu dövlət Rusiyada üç böyük ofis kağızı istehsalçısı var. Bütün müəssisələr daxili bazarı kağızla təmin etməklə yanaşı, xarici ölkələrə də məhsul tədarük edirdi, lakin son dönəmlərdə baş verən Rusiya- Ukrayna müharibəsi bu mövzudan təsirsiz ötüşməyib. Ekspertlər qeyd edir ki, bir çox işbazlar anbarlarında kağızı girov saxlayırlar və tələbin pik həddə çatması, nəticədə qiymətlərin pik həddə qaldırmasını gözləyirlər. Kağız yazı sahəsində qıtlığı azaltmaq üçün elektron mediaya daha üstünlük verə bilərlər. Lakin kağız həm də karton, sənətkarlıq kağızı, etiketlər, pul və s qablaşdırmalarda da isifadə olunur. Karton və kraft kağız istehsalçıları 2020-ci ildə istehlak modelinin fiziki alışdan onlayn alışa dəyişməsi bütün qablaşdırma növlərinə tələbatın kəskin şəkildə artmasına gətirib çıxarmışdır.
Bəs ölkəmizdə vəziyyət necədir?
Azərbaycana ötən il gətirilən 16,696 min ton kağız və kartonun (tərkibində mexaniki və kimyəvi üsulla alınmış lif olmayan, 1 kvadratmetrinin kütləsi 40-150 qram olan kağız və karton vərəq/rulon, digərləri) 16,168 min tonu və ya 97 %-i, qəzet kağızının (rulonlarda və ya vərəq şəklində) 100 %-i Rusiyanın payına düşmüşdür. Bu isə o deməkdir ki, Rusiya-Ukrayna arasındakı müharibə səbəbindən kağız məhsulları ilə təminatda problem yaşana bilər.
Yazıçı, Qanun Nəşrlər Evinin redaktoru Şərif Ağayar SİA- ya açıqlamasında kağızın bahalaşması çap mətbuatlarından çox nəşriyyata təsir etdiyini bildirib.
Onsuzda bu gün Azərbaycanda çap mediası mənim müşayiət etdiyim qədər elə də dəbli deyil. Çap mediasının qəzet və jurnalların özünün də, elektron səhifələri var. Çox nadir hallarda özüm qəzet alıram, daha çox elektron mediadan oxuyuram. Bu mənada nəşriyyatı elektron məhsullar əvəz edə bilmir. Düzdür, PDF kitablar var, bu günün reallığıdır ancaq həqiqətləri o dərəcədə əsaslı şəkildə daha çox ədəbiyyatı kitablardan, əsasən də elmi kitablardan oxuyuruq. Bu mənada nəşriyyatlara mənfi təsir göstərmişdir . Uzun illərdən sonra Azərbaycan ölkəsi ƏDV- mi ləğv edən kimi dərhal iki dəfə qədər kağız qiymətlərdə artım oldu və daha çox bu məsələyə təsir göstərən Rusiya- Ukrayna müharibəsi olmuşdur. Bu da kitabların bahalaşmasına gətirib çıxartdı. Azərbaycanda kitab məhsullarının eləcə də, qəzet və jurnalların az satılmasının əsas səbəblərindən biri də insanların maddi vəziyyəti ilə bağlıdır. Evdə daha ciddi ehtiyacı olan məhsulları alır, sonra kitaba pul xərcləyirlər. Bu mənada büdcədən oxu üçün nəzərdə tutulan vəsaitə təbii ki ciddi təsir edir. Biz 70/80 faiz bəlkə də çoxu informasiyaları elektron mediadan alırıq. Kağızın qiymətinin bahalaşması bu prosesi daha da genişləndirməyə yol açacaqdır. Amma kağızın qiyməti qalxmazdan öncə də operatavlik baxımından sosial media bu yönəmdə çox öndə gedirdi. Bütün bunların qarşılığında mətbuatı yalnız analitik yazılar, xüsusi müəllif yazıları ilə öndə görə bilərik. Xüsusi təhlil, müəllif yazıları, araşdırmalar yalnız çap mediasının ayaqda saxlaya bilər. Bir də medianı qəzet və jurnallara yaşlı nəsli nümayəndələri daha çox maraq göstərir. O insanların sayı çox olmasa da var, amma onları 90- cı illərdə daha çox görürdük . Kitab nə qədər elektron versiyalar, müasir texnologiyalar nə qədər inkşaf etsə də klassik kitab öz tempi ilə getməkdədir. Hazırda kitablarla bağlı bir tədbirə hazırlaşırıq, sentyabrın 27 -dən oktyabrın 1 -ə qədər Bakı İdman Sarayında 4 -cü Milli Kitab sərgi yarmarkası keçiriləcək . Qiymətlərin qalxması və insanların kitaba marağı qane edən səviyyədə olmaması bizi ümidsizliyə yuvarlamamalıdır. Dördüncü kitab sərgisinin ən önəmli müsbət cəhəti ondan ibarətdir ki, bunu dövlətin xüsusi dəstəyi olmadan xüsusi nəşriyyatlar həyata keçirilir. Ziyarətçilərin və kitab oxucuların ayaqda saxladığı bir sərgidir. Biz bunun artıq 4- cüsini keçiririksə nələrsə öz qaydasında gedir deməkdir. Bütün mətbuatlara bu çətin vəziyyətlərdə təklif edirəm ki, bütün ziyalılar və qələm adamları kitabın yanında olsunlar . Həm sərgidə iştirak etmək, həm kitaba büdcə ayırmaq imkanı olmasa belə gəlib sərgidə gəzmək öz övladlarını bu kitab aləmi ilə tanış etmək çox vacib şərtdir.
Çapar yayınlarının təsisçisi Yusif İlhamoğlunun sözlərinə görə dünyada kağız qıtlığının yaşanması ölkəmizdə dərc olunan jurnal və kitab çapının qiymətlərinə birmənalı olaraq təsir göstərib.
Təsəvvür edin ki, bir il öncə çap etdiyimiz jurnala hazırda daha 30% daha çox xərcimiz çıxır. Kitablar da eyni qaydada. Bir-iki ay öncə ümumiyyətlə kitab kağızı yox idi. Mətbəələr bizə ofislərdə istifadə olunan ağ kağız təklif edirdilər. Ağ kağız həm kitab çapında arzuolunan deyil, həm də onun da qiymətləri barədə son vaxtlarda hər kəsin xəbəri oldu. Kitab sektorundan ƏDV-nin götürülməsi kitabın qiymətinə təsir edəcək deyə düşünürdük, həmin gözlədiyimiz təsirin olmaması bir tərəfə, kağız qıtlığı sayəsində əks istiqamətdə çox böyük bahalaşma ilə qarşılaşdıq. Mətbəələrdə düşünürəm ki, kağız ehtiyatı yoxdur. Çünki mətbəələr özləri kağız gətirmirlər, ya da gətirə bilmirlər, kağız ehtiyacını topdançı şirkətlərdən təmin edirlər. Həmin şirkətlər də nəşriyyatlardan və mətbəələrdən asılılıqları olmadığına görə özləri istədikləri qiyməti təyin edə bilir, istədikləri adama istədikləri həcmdə kağız verirlər. Bir də istər kağız satan topdançı şirkətlər, istərsə də mətbəələr işlərini, planlarını dərsliklər, test kitabları və s. üzərində qurduqlarına görə nəşriyyatlar əziyyət çəkirlər. Ənənəvi çap mediasına tələbin aşağı olduğu, qiymətlərin kifayət qədər yuxarı olduğu bir dövrdə, indiki vəziyyətdən sonra biz nəşriyyatlar qiymətləri artırsaq, hansı ki buna məcburiyyət artıq yaranıb, oxucuları daha da uzaqlaşdırmış olacağıq. Elektron medianın ənənəvi medianı tam yıxa biləcəyinə isə inanmıram. Kağıza toxunaraq oxumaq istəyən insanlar bu gün də var, gələcəkdə də olacaq. Ölkəmizdə baş verəcək kağız qıtlığının qarşısını almaq həmçinin əlavə kağız tullantılarla yol verməmək üçün təkrar kağız istehsalı müəssələr də fəaliyyət göstərir.
"Azərsun Holdinq" İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rza Məmmədov qeyd edir
Ətraf mühitin qorunması üçün hər kəs məsuliyyət hiss etməlidir. İnsanlar ilk növbədə məişət tullantıları ilə rəftar zamanı çeşidləməyə diqqətli yanaşmalıdırlar. Artıq Bakıda və bölgələrimizin bir çox yerlərində təkrar emala yararlı tullantıların atılması üçün ayrıca qutular quraşdırılıb. İstifadədən sonra kağız tullantıları bu qutulara atdıqda təbiətə dəstək vermiş oluruq
Bildiyiniz kimi kağız məhsulları müxtəlif ağaclardan hazırlanır. Tullantı kağızlar təkrar emal edərək yenidən istifadə olunur ki, bununda nəticəsində ətraf mühitin qorunmasına töhfə verilir.
"Azərsun Sənaye Parkı"nda fəaliyyət göstərən Kağızın Təkrar Emalı Fabrikinin illik istehsl həcmi 50 min tondur. 2014-cü ildən fəaliyyətə başlayan müəssisədə 1 ton kağızın təkrar emal edilməsi ilə 17 ağacın kəsilməsinin qarşısı alınr.- Ətraf mühitin qorunması üçün hər kəs məsuliyyət hiss etməlidir. İnsanlar ilk növbədə məişət tullantıları ilə rəftar zamanı çeşidləməyə diqqətli yanaşmalıdırlar. Artıq Bakıda və bölgələrimizin bir çox yerlərində təkrar emala yararlı tullantıların atılması üçün ayrıca qutular quraşdırılıb. İstifadədən sonra kağız tullantıları bu qutulara atdıqda təbiətə dəstək vermiş oluruq
Kaağız məhsulları müxtəlif ağaclardan hazırlanır. Tullantı kağızlar təkrar emal edərək yenidən istifadə olunur ki, bununda nəticəsində ətraf mühitin qorunmasına töhfə verilir.
"Azərsun Sənaye Parkı"nda fəaliyyət göstərən Kağızın Təkrar Emalı Fabrikinin illik istehsl həcmi 50 min tondur. 2014-cü ildən fəaliyyətə başlayan müəssisədə 1 ton kağızın təkrar emal edilməsi ilə 17 ağacın kəsilməsinin qarşısı alınr.
Havar Şəfiyeva.
Bütün xəbərlər Facebook səhifəmizdə