"Dalğa enerji texnologiyaları karbon missiyalarını azaltmağa kömək edir" - ŞƏRH EDİLDİ

“Dənizdə külək və dalğa enerjisi texnologiyaları bərpa olunan enerji mənbələri arasında mühüm yer tutaraq qlobal enerji tələbatının ödənməsində əhəmiyyətli rol oynayır. Bu texnologiyalar təmiz və tükənməz enerji mənbələri olaraq ətraf mühitin qorunması, həmçinin enerji təhlükəsizliyinin təmin edilməsində vacibdir. Dənizdə külək enerjisi dəniz və okeanlarda yaranan güclü, sabit külək axınlarından istifadə edərək elektrik istehsalını nəzərdə tutur. Bu sahədə texnologiyanın inkişafı ilə daha böyük və səmərəli külək turbinləri qurularaq enerji istehsalı artırılır. Dənizdə külək enerjisinin bir çox üstünlükləri vardır. Dənizdə küləklərin sürəti və davamlılığı qurudakı küləklərə nisbətən daha yüksəkdir. Bu daha çox enerji istehsalına imkan verir. Dənizdəki külək enerjisi ətraf mühitə daha az təsir edir. Dənizdə yerləşən külək turbinləri əhalinin sıx yaşadığı ərazilərdə qurulduğu üçün səs və vizual təsirləri minimuma endirir. Həmçinin enerji növünün torpaq istehsalının azaldılmasınada böyük yeri vardır. Dənizdə qurulan turbinlər quruda torpaq istifadəsini azaltmaqla yanaşı kənd təssərüfatı və digər torpaq əsaslı fəaliyyətlərə maneə olmur”. Bu sözləri Azərbaycan Texniki Universitetinin Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müdiri Ramiz Kəlbiyev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu sahədə lider ölkələr arasında Böyük Britaniya, Çin, Almaniya, Niderland və Belçikanı göstərmək olar: “ Azərbaycanda dəniz də külək enerjisi potensialı olduqca yüksəkdir. Azərbaycanın Xəzər dənizinin sahilində yerləşməsi səbəbindən dənizdə külək enerji potensialına malik olmaqla, ilkin təhlillərə əsasən Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 geqavatdır. Bu da dayaz sulu hövzələrdə 35 geqavat, dərin sulu hövzələrdə isə 122 geqavat səviyyəsində qiymətləndirilir. 2022-ci ildə Azərbaycan Respublikasının Energetika Nazirliyi dünya bankı və beynəlxalq maliyyə korparasiyası ilə birlikdə Azərbaycanda dəniz enerjisinin inkişafı üzrə yol xəritəsi hazırlanmışdır. Bu yol xəritəsi 2040-cı ilədək ölkədə 7.2 geqavat gücündə dənizdə külək enerjisi qoyuluşuna nail olmağı hədəfləyir. Bu ölkənin enerji təhlükəsizliyinin artırılması və iqtisadi inkişafına mühüm töhvə verəcəkdir”.

Ramiz Kəlbiyevin bildirib ki, dalğa enerjisi okean və dənizlərin səthində yaranan dalğaların kinetik və potensial enerjisindən istifadə edərək, elektrik enerjisi istehsalını təmin edən texnologiyadır: “Bu enerji növü tükənməz və ekoloji cəhətdən təmiz bir mənbə olaraq diqqət çəkir. Dalğa enerjisinində bir sıra üstünlükləri vardır. Okean dalğaları müəyyən bir ritmə malik olduğundan enerji istehsalı nisbətən sabit və proqnozlaşdırıla biləndir. Bu enerji növü yüksək enerji sıxlığına malik olub, digər bərpa olunan enerji mənbələrinə nisbətən daha yüksək enerji sıxlığına malik olur. Yəni bu sahədən daha çox enerji əldə etməyə imkan verir. Eyni zamanda bununda ətraf mühitə təsiri minimaldır. Dalğa enerji texnologiyaları ətrafı mühitə minimal təsir göstərərək karbon missiyalarını azaltmağa kömək edir. Dalğa enerjisi texnologiyaları hələ inkişaf mərhələsində olsa da, bir çox ölkələrdə bu sahədə pilot layihələr və tədqiqatlar həyata keçirilir. Beynəlxalq Enerji Agentliyinə məlumatlarına görə 2020-ci ildə dalğa enerjisinin qoyuluş gücü dünya üzrə 27 meqavat təşkil etmişdir. Burada da lider ölkələr kimi Koreya Respublikasını, Fransanı, Birləşmiş Krallığı, Kanadanı və İspaniyanı göstərmək olar. Azərbaycanda isə dalğa enerjisi kifayət qədərdir. Azərbaycanın Xəzər dənizinə çıxışı dalğa enerjindən istifadəsi üçün müəyyən potensial yaradır. Xəzər dənizinin sahil xətləri boyunca dalğaların intensivliyi dalğa enerjisindən istifadə üçün əlverişli şərait yaradır”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə