“Mədəniyyət qalası” qəzetinin növbəti nömrəsi çapdan çıxıb

Şəki Regional Mədəniyyət İdarəsinin orqanı olan “Mədəniyyət qalası” qəzetinin növbəti, fevral nömrəsi çapdan çıxıb. SİA-nın məlumatına görə, qəzetin yeni nömrəsində oxuculara Gənclər Günü münasibətilə keçirilən ənənəvi “Gəncliyin səsi” festivalı, “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı, Özbəkistanın Xivə şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” estafetini qəbul etməsi, Şəkidə ötən ilin yekunlarına dair hesabat yığıncağı, Xalq şairi Bəxtiyar Vahabzadənin anım günü, Xalq artisti Polad Bülbüloğlunun 75 illik yubileyi və regionun mədəni həyatını əks etdirən digər məqalələr təqdim olunub.

Qəzetlə onlayn www.sheki.mctgov.az elektron ünvanından tanış olmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...