İki böyük sənətkara həsr ediləcək tədbir

Sentyabrın 2-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə "Don Kixotun yubileyləri: Servantesin romanı-400, Q. Qarayevin "Don Kixot" simfonik qravürləri-55" adlı tədbir keçiriləcək. Muzeydən SİA-ya verilən məlumata görə, tədbir muzeyin əsas binasında bir sıra mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə reallaşacaq.

Tədbirdə mövzu çərçivəsində videofraqmentlər nümayiş olunacaq və kiçik sərgi təşkil ediləcək. Daha sonda bir sıra bəstəkarların klassik əsərlərindən ibarət müxtəlif musiqi nömrələri səsləndiriləcək

Bütün xəbərlər Facebook səhifəmizdə