Araşdırmaçıların Zambiya və Zimbabve arasında yerləşən Viktoriya şəlaləsinin çəkdiyi fotoları problemin getdikcə dərinləşdiyini ortaya çıxıb. SİA-nın verdiyi məlumata görə, bir dövrdə dünyanın "ən heybətli” şəlaləsi kimi göstərilən Viktoriya şəlaləsinin son vəziyyəti hansı fəlakətlərə yol aça biləcəyini bir daha sübut edir.

Araşdırmaçılar şəlalənin yanvar ayı və bir neçə gün əvvəl çəkilmiş fotolarını müqayisə edib. Yanvarda çəkilmiş fotolarda Viktoriyada suyun həcminin kifayət qədər çox olduğu görünsə də, son görüntülərdə bunun əksi müşahidə olunur. Araşdırmalar Viktoriyanın bir hissəsinin tamamilə quruduğunu ortaya çıxarıb.

Qeyd edək ki, elm adamları yüksək temperaturun müşahidə olunması səbəbindən hövzədə suyun həcminin 50% nisbətində azaldığı, bununla da son 40 ilin ən böyük göstəricisi olduğunu açıqlayıblar.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə