Dünyanın ən bahalı saatı satılıb

İsveçrədə xeyriyyə hərracı zamanı dünyanın ən bahalı saatı satılıb. SİA-nın verdiyi məlumata görə, “Patek Philippe” markalı saat 31 milyon dollardan çox qiymətə müştərisini tapıb. Saatın ən başlıca özəlliklərindən biri korpusunun iki siferblatdan ibarət olmasıdır. Belə ki, siferblatlardan biri çəhrayı qızıldan, digəri qara ağacdan düzəldilib.

Hərracdan qabaq saatın 3 milyon dollar dəyərində satılacağı ehtimal olunurdu. Bundan əvvəlki rekord 17,8 milyon dollara satılmış “Rolex Daytona”ya məxsus olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...