Gürcüstan idmançısı yeni dünya rekorduna imza atıb

Gürcüstanın ağır atleti Qeorqi Rostomaşvili Batumidə yeni dünya rekorduna imza atıb. SİA xəbər verir ki, Q.Rostomaşvili Batumi limanında bir barmağına kəndirlə bağlanmış "Tamara 2" gəmisini 5 metr dartıb. Gəminin ümumi ağırlığı 200 tondan çoxdur. Gürcüstanın Rekordlar Federasiyasından bildiriblər ki, bu dünyada ilk rekorddur. Bu vaxta qədər heç kim bir barmağı ilə belə ağır yükü darta bilməyib. 29 yaşlı Q.Rostomaşvili ağır atletika üzrə bir neçə rekorda imza atıb. O, 2015-ci ildə "Rekordsmenlər kuboku"nun sahibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...