Son 5 ildə Bosniya və Herseqovinada yol-nəqliyyat hadisələri nəticəsində 1500-dən çox insan ölüb

Son beş ildə Bosniya və Herseqovinada baş verən yol-nəqliyyat hadisələri nəticəsində 1534 nəfər ölüb, 10 min 403 nəfər isə xəsarət alıb.

SİA xəbər verir ki, ötən il yol-nəqliyyat hadisələri nəticəsində hər milyon nəfərə 72 ölüm faktı qeydə alınıb. Bu da Avropa İttifaqı üzrə orta göstəricidən (49) xeyli çoxdur.

Son illərdə baş verən qəzaların əksəriyyəti şəhər və qəsəbələrdə, əsas yollarda qeydə alınıb. Qəzaların əksəriyyəti sürət həddinin keçilməsi nəticəsində baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...