Pekin hava limanında 111 reys təxirə salınıb

Çin paytaxtında müşahidə olunan güclü külək və şiddətli yağış səbəbindən Pekin "Paytaxt" beynəlxalq hava limanından 111 uçuş təxirə salınıb və ya gecikib. SİA-nın verdiyi məlumata görə, Pekin meteorologiya bürosu mayın 25-də gözlənilən pis hava şəraiti ilə əlaqədar xəbərdarlıq yaymışdı.

Əlverişsiz hava şəraiti ilə əlaqədar dəmir yolu nəqliyyatında da ləngimələr yaranıb. Bəzi istiqamətlər üzrə qatarların sayı azaldılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə