Şri-Lankada terror aktında 40 əcnəbi həlak olub

Şri-Lanka Xarici İşlər Nazirliyi ötən bazar günü ölkənin müxtəlif bölgələrində baş verən bir sıra terror hücumları nəticəsində ölən 40 xarici vətəndaşın siyahısını açıqlayıb. SİA-nın xəbərinə görə, siyahıya əsasən 11 nəfər Hindistandan, 6 nəfər isə Böyük Britaniyadan olub. Danimarka, İspaniya, Türkiyə, ABŞ, Səudiyyə Ərəbistanı, Portuqaliya, Çin və başqa ölkələrdən isə 3 nəfər ölüb.

Qeyd edək ki, 16 əcnəbinin nəşi öz vətənlərinə qaytarılıb. Şri-Lankanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, hazırda Kolombo şəhərindəki müxtəlif xəstəxanalarında beş xarici vətəndaş müalicə olunur, qalanları xəstəxanadan çıxıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə