Azərbaycan Avropa Şurasının "İnsan alverinə qarşı mübarizə haqqında Konvensiyası"na qoşulacaq

Azərbaycan Avropa Şurasının "İnsan alverinə qarşı mübarizə haqqında Konvensiyası"na qoşulacaq. SİA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bununla əlaqədar hazırlanmış qanun layihəsi hazırda razılaşma mərhələsindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə