ABŞ-ın raket daşıyan gəmisi Batumidə!

Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinin “Arli Berk USS Ross” (DDG71) raket daşıyan gəmisi aprelin 21-də Batumi limanına daxil olub. Bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyinin saytında məlumat verilib. Məlumatda bildirilir ki, USS Ross gəmisinin Batumiyə gəlişi ABŞ-la Gürcüstan arasında əməkdaşlığın inkişafına, eləcə də Qara dəniz regionunda sülhə və təhlükəsizliyə xidmət edir.

İspaniyanın Rota şəhər limanında dayanan USS Ross gəmisi ABŞ-ın 6-cı donanmasının dəniz tapşırıqlarını yerinə yetirir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...