Bolqarıstanda anti-terror əməliyyatı keçirilib

Bolqarıstanın xüsusi xidmət orqanları beynəlxalq terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üzrə əməliyyatlar zamanı 43 nəfəri saxlayıb. Bu barədə BTA agentliyi məlumat yayıb. Bildirilir ki, əməliyyatlar paytaxt da daxil olmaqla, yeddi şəhərdə aparılır.

Təhqiqatçıların sözlərinə görə, ölkədə həyata keçirilməsi zamanı "havala" (qeyri-rəsmi maliyyə-hesab sistemi – red.) sistemindən istifadə olunan "iri pul köçürmələri" qeydə alınıb.

Məlumata görə, xüsusi xidmət orqanları təqribən 32 min avro pul, sənəd və digər dəlillər götürüblər.

Paytaxt Sofiyada Suriya vətəndaşı olan və Bolqarıstanda yaşayan əsas şübhəlilərdən biri tutulub. O, beynəlxalq terror təşkilatlarına loqistika və maliyyə dəstəyi göstərdikləri ehtimal edilən insanlarla əlaqədə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...