Hindistanda avtobus aşdı ölənlər var

Dekabrın 8-də səhər saatlarında Hindistanın Cammu və Kəşmir ştatında Loran yaşayış məntəqəsindən Punç şəhərinə gedən avtobus yoldan çıxaraq dərəyə aşıb. Bu haqda SİA xarici KİV-ə istinadən xəbər verir.

“Greater Kashmir” qəzetinin yaydığı məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində azı 11 nəfər həlak olub, 19 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıların 5-nin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, avtomobil yollarında sıxlıq, yol örtüyünün vəziyyətinin pis olması və sürücülərin intizamsızlığı Hindistanda ağır yol- nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə