Səudiyyə Ərəbistanı Kralı Camal Qaşıqçının ailə üzvlərini qəbul edib

Səudiyyə Ərəbistanı Kralı Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman Krallığın İstanbuldakı Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının ailə üzvlərini sarayda qəbul edib. “Report” “Haber7”yə istinadən xəbər verir ki, görüşdə Camal Qaşıqçının oğlu Salah Qaşıqçı da iştirak edib. Kral və vəliəhd onlara başsağlığı verib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında Camal Qaşıqçının öldürülməsi ilə bağlı çıxış edib. O, oktyabrın 22-də telefonla bu məsələni ABŞ Prezidenti Donald Trampla müzakirə edib. Kral Salman isə kimliyindən asılı olmayaraq, Camal Qaşıqçının öldürülməsində əli olanların cəzalandırılacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə