Tramp və Ərdoğan arasında telefon danışığı olacaq

Bu gün ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq. SİA-nın verdiyi məlumata görə, bu barədə D.Tramp şəxsi “Twitter” səhifəsində yazıb. O bildirib ki, türkiyəli həmkarı ilə telefon danışığı zamanı Orta Şərq regionunda sülhün təmin edilməsi məsələsini müzakirə edəcəklər.

ABŞ-ın Orta Şərqə müdaxiləsinin əvvəldən yanlış olduğunu söyləyən D. Tramp deyib ki, bu, trilyonlarla dollar vəsait və çoxlu sayda insan itkisinə səbəb oldu: “Orta Şərqdə üstümdə qalan bu problemi həll edəcəyəm, amma 6 trilyon və canlar itirməymiz səhv idi”.

Bütün xəbərlər Facebook səhifəmizdə