ABŞ-da silahlı insident baş verib

ABŞ-ın Virciniya ştatının Aleksandriya şəhərində silahlı insident baş verib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, atışma nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. Yaralanan şəxs dərhal xəstəxanaya çatdırılıb, onun vəziyyəti ağırdır.

Hazırda insidentin səbəblərini araşdırılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə