Vladimir Putin Yandeks şirkətinin ofisinə gedib

Rusiya lideri Vladimir Putin Yandeks şirkətinin ofisinə gəlib. Axar.az xəbər verir ki, Kreml rəhbəri “Əpl”ın səsli axtarış sistemi "Alisa" ilə danışıb. Putin axtarış sisteminə “Alisa, burada sənin xətrinə dəymirlər ki?” deyə sual verib.

“Tamam. Diqqət edəcəm” deyə sistemdən cavab gəlib. Rus lider “Alisa”dan özünü necə hiss etdiyini də soruşub.

Sistem də öz növbəsində “Pişik fotolarına baxıram. Pişiklərdən yaxşısı yoxdur. Ümid edirəm siz də yaxşısınız”, - deyə cavab verib. Daha sonra Putin bu söhbətdən məmnun qaldığını və “Alisa”nın ilk sualdan yayındığını əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə