Bakcell abunəçiləri minlərlə kinoya pulsuz baxmaq imkanı əldə edib

Bakcell “MEGOGO” ilə əməkdaşlığa başlayıb

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti məşhur MEGOGO video xidməti ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində Bakcell abunəçiləri 10 minə qədər lisenziyalı film, cizgi filmi, televiziya serialı və digər video məzmuna 12 aya qədər PULSUZ baxmaq imkanı qazanıblar.

MEGOGO MDB ölkələri və Şərqi Avropa regionunun ən böyük beynəlxalq OTT/VOD xidmətləri təminatçısıdır. Bakcell və “MEGOGO”nun birgə eksklüziv təklifində ən vacib məqamlardan biri də bu paketə Azərbaycan dilinə dublyaj edilmiş 400-dən çox filmin daxil edilməsidir.

Xidmətə bütün Bakcell abunəçiləri qoşula bilər (Cin, Klass və Biznes individual). Bu fürsətdən yararlanmaq üçün müştərilər öz Bakcell nömrələri ilə www.megogo.net Internet səhifəsində və ya “Google Play Store” və “Appstore”dan yüklənilən MEGOGO mobil tətbiqetməsində qeydiyyatdan keçməlidir. Abunəçinin qoşulduğu tarif paketindən asılı olaraq xidmətə 6-12 ay arasında pulsuz abunəlik təqdim edilir. PULSUZ istifadə müddəti bitdikdən sonra abunəçilər xidmətdən ayda cəmi 3 AZN xidmət haqqı ödəməklə yararlana bilərlər.

Qeyd edək ki, bu tərəfdaşlıq çərçivəsində MEGOGO xidmətindən 5 fərqli cihazda və 30-dan çox cihaz platformasında istifadə etmək mümkündür. Xidmətdən istifadə etmək üçün kəsintisiz internet bağlantısı (mobil və yaxud stasionar) tələb olunur.

Bu eksklüziv təklif və Bakcell şirkətinin digər sərfəli məhsul və xidmətləri barədə daha ətraflı məlumat www.bakcell.com səhifəsində yerləşdirilib.

Azərbaycanın ən müştəri yönümlü və innovativ telekommunikasiya xidmətləri təchizatçısı olan Bakcell öz abunəçilərini rəqəmsal müştəri təcrübəsi ilə yanaşı ən yeni məhsul və xidmətlərlə təmin edir. Şirkət bunun üçün zəruri olan sürətli və yüksək keyfiyyətli mobil rabitə şəbəkəsini qurmağa nail olub. Bakcell müasir mobil rabitə istifadəçilərini bundan sonra da ən son, ən rahat və ən maraqlı xidmətlər ilə təmin etmək məqsədilə innovasiya sahəsində İLK-lərə imza atmağa davam edəcək.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri

(bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

--

MEGOGO Haqqında

MEGOGO MDB ölkələri və Şərqi Avropa regionunun onlayn video və TV üzrə ən böyük OTT/VOD xidmətləri təminatçısıdır. Xidmətin aylıq auditoriyası 50 milyon unikal tamaşaçıdan ibarətdir və bazasında 10 000-dən artıq kino və serial, 1500-dən artıq cizgi və animasiya filmi, 45 000-dən çox TV verilişi, konsertlər, kliplər və 20 000-dən çox xəbər proqramı daxil olmaqla 77 000-dən artıq video mövcuddur.

Xidmətdən iOS, Android və Windows platformaları üzərindən işləyən bütün cihazlar və Smart TV funksiyası olan televizorlarda istifadə etmək olar. Xidmət vasitəsilə həmçinin populyar TV kanalları və “MEGOGO”nun öz interaktiv kino kanallarına baxmaq mümkündür.

Kinoya aid müxtəlif tədbirlərin ənənəvi partnyoru olan MEGOGO sosial layihələrdə də aktiv iştirak edir. Belə layihələrin biri eşitmə qabiliyyəti zəif olan insanlar üçün keçirilən “Watch the Sound” layihəsidir. Bu təşəbbüs çərçivəsində MEGOGO işarə dili üzrə tərcümə studiyasını təşkil edib. Həmin studiya sayəsində eşitmə qabiliyyəti zəif olan insanlar üçün minlərlə kino və cizgi filmi işarə dilinə tərcümə olunub və 100% kontentin işarə dilində təqdim olunan xüsusi interaktiv kanal yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...