Fransanın telefon rabitəsi operatoru “Orange” bu il noyabrın 15-dən stasionar telefon rabitəsinə yeni abunəçilərin abunəliyinin dayandırılmasını rəsmən elan edib. Parisdə ilk telefon şəbəkəsinin yaradılmasından 139 il sonra Fransa kabel telefoniyası üçün stasionar rabitə xətlərinin istifadəsindən tədricən imtina olunur. “Cnews.ru” saytı xəbər verir ki, ənənəvi telefon rabitəsindən istifadə edən fransalı istifadəçilər tezliklə öz abunə xətlərini internet-telefoniya ilə əvəz etməli olacaqlar. İndiki stasionar telefonlardan internet-telefoniyasına keçid bir neçə il ərzində həyata keçiriləcək.

Noyabrdan etibarən evdə telefon xətti qoşmaq istəyən “Orange” operatorunun bütün müştərilərinə internet-router vasitəsilə qoşulma təklif ediləcək. İnternet-telefoniyaya keçid prosesi 2023-cü ilədək tamamilə başa çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə