Şahmatçımız dünya çempionatının üçüncü turunda yarışacaq

Oktyabrın 17-də Hindistanın paytaxtı Dehlidə 20 yaşlı şahmatçılar arasında dünya çempionatında üçüncü turun oyunları keçiriləcək.

SİA-nın məlumatına görə, nüfuzlu yarışda ölkəmizi təmsil edən Məhəmməd Muradlının növbəti rəqibi filippinli Con Marvin Miciano olacaq.

M.Muradlının iki turun yekununa görə cəmi 1 xalı var.

On bir turdan ibarət dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə