Şahmatçımız dünya çempionatında mübarizəyə başlayır

Oktyabrın 15-də Hindistanın paytaxtı Dehlidə 20 yaşlı şahmatçılar arasında dünya çempionatı start götürüb.

SİA-nın məlumatına görə, yarışda ölkəmizi Məhəmməd Muradlı təmsil edir. Şahmatçımız yarışın start siyahısında 28-ci pillədə qərarlaşıb. M.Muradlının birinci turda rəqibi İsrail şahmatçısı Yoan Milikovdur.

On altı yaşlı şahmatçı bu il kişilər arasında Azərbaycan çempionatının qalibi olub.

Qeyd edək ki, qrossmeysterimiz Şəhriyar Məmmədyarov 2003-cü və 2005-ci illərdə 20 yaşadək şahmatçılar arasında dünya çempionu adını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...