Ötən il gecə klubunda müğənni Berkay Şahinin burnunu qıran və daha sonra xəstəxanaya hücum edərək silahla havaya atəş açan futbolçu Arda Turanla bağlı məhkəmə qərar verib. SİA-nın məlumatına görə, məhkəmə Türkiyə millisinin sabiq üzvünə 3 ayrı maddə ilə 2 il 8 ay 15 gün həbs cəzası verib. Məhkəmə qərarının elan olunması başqa vaxta saxlanılıb.

Məhkəmə Arda Turana cinsi təcavüz ittihamından bəraət verib. Ona icazəsiz silah gəzdirmək, qəsdən sağlamlığa xəsarət yetirmək və ictimai yerdə silahdan atəş açmaq ittihamları ilə cəza verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...