Bədii gimnastlarımız dünya kuboku yarışlarında çıxış edib

Bədii gimnastika üzrə yığma komandamızın üzvləri Belarusun paytaxtı Minskdə təşkil olunan “Challenge” seriyasına aid dünya kuboku yarışlarında çıxış ediblər. SİA-nın məlumatına görə, bir müddət yarışlara fasilə verdikdən sonra gimnastlarımız üçün ilk start olan bu turnirdə Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Əhmədbəyli, Zeynəb Hümmətova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası çoxnövçülükdə 51.150 xalla 9-cu yerdə qərarlaşıb. Qızlarımız, həmçinin ayrı-ayrı kompozisiyalar üzrə çıxışlara görə də sıralamada 9-cu olublar.

Yarışlarda fərdi proqramda ölkəmizi Zöhrə Ağamirova və Veronika Qudis təmsil ediblər. Gimnastlarımız çoxnövçülükdə müvafiq olaraq 18-ci və 23-cü yerdə qərarlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə