Azərbaycan millisi Avropa çempionatındakı oyunlarına başlayır VOLEYBOL

Avqustun 23-dən sentyabrın 8-dək qadın voleybolçular arasında Avropa çempionatı təşkil olunacaq. Qitə birinciliyinə Macarıstan, Polşa, Slovakiya və Türkiyə birgə ev sahibliyi edəcək. SİA-nın məlumatına görə, Azərbaycan millisi çempionatda “C” qrupunda mübarizə aparacaq. Turnirdə voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya yığmaları ilə üz-üzə gələcəklər.

Millimiz ilk oyununu avqustun 23-də Xorvatiya yığmasına qarşı keçirəcək. Avqustun 25-də Azərbaycan–Hollandiya, ertəsi gün Macarıstan–Azərbaycan, ayın 28-də isə Azərbaycan–Estoniya görüşləri təşkil olunacaq. Yığmamız qrupda sonuncu oyununu avqustun 29-da Rumıniyaya qarşı keçirəcək.

“C” qrupunun oyunları Budapeştdə təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə