“Sumqayıt” futbol klubu daha bir transfer həyata keçirib

2019-2020-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu daha bir futbolçu ilə müqavilə bağlayıb.

SİA “Sumqayıt” futbol klubunun mətbuat xidmətinə istinadən bildirir ki, komanda son mövsümü “Sabah”da keçirmiş Elgün Nəbiyevi heyətinə cəlb edib. Birillik icarə əsasında “Sumqayıt” klubunda çıxış edəcək 23 yaşlı futbolçu 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Elgün Nəbiyev “Sabah”la yanaşı (25 oyun, 1 qol) “Zirə”nin də (4 oyun) uğurları üçün çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...