Şahmatçımız beynəlxalq turnirdə uğurla çıxış edir

İspaniyada şahmat üzrə beynəlxalq turnirdə azərbaycanlı qrossmeyster uğurlu çıxışını davam etdirir. SİA-nın məlumatına görə, turnirin yeddinci turunda şahmatçımız Azər Mirzəyev rəqibi rusiyalı Mikail Ulybini məğlub edərək, xallarının sayını 6-ya çatdırıb. Bu nəticə ilə ikinci yerdə qərarlaşan təmsilçimizi turnir cədvəlinin lideri, Rusiya təmsilçisi Vadim Moiseenkodan cəmi 0,5 xal ayırır. Bu gün keçiriləcək səkkizinci turda şahmatçımızın rəqibi məhz Vadim Moiseenko olacaq. Üçüncü yerdə 5,5 xalla Rusiyanın digər təmsilçisi Evgeni Gleizerov qərarlaşıb.

İsveçrə üsulu ilə keçirilən turnir aprelin 20-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə